...

“Mançester Yunayted” Cud Bellinqemi transfer etmək niyyətindədir

İdman Materials 27 Dekabr 2025 08:30 (UTC +04:00)
“Mançester Yunayted” Cud Bellinqemi transfer etmək niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçi Cud Bellinqemi transfer etmək məqsədilə “Real Madrid”ə 200 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Trend xəbər verir ki, “qırmızı şeytanlar” müqaviləni 2026-cı ilin yayında başa çatdırmaq istəyirlər.

Mənbənin məlumatına görə, ingilis yarımmüdafiəçi “Kral klubu”nda satışına icazə verilməyən beş oyunçudan biridir və Bellinqem özü də hazırda “Los Blancos”dan ayrılmaq istəmir.

Bellinqem 2023-cü ilin yayında “Real Madrid”ə qoşulub. Bu mövsüm o, bütün turnirlərdə 20 oyunda iştirak edib, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti