Bakı. Trend:
Fransanın Lion şəhəri və Ayn departamentinin jandarmeriyası İsveçrədə silah və lüks avtomobil oğurluğu ilə məşğul olan cinayətkar qrupun üzvlərini həbs edib.
Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, Lyon və Ayn jandarmeriyası İsveçrə hakimiyyəti və Avropol ilə əməkdaşlıq edərək 9 dekabrda Fransanın cənubundakı müxtəlif departamentlərdə son iki ildə Alp dağlarında törədilmiş 37 lüks avtomobil və 12 silah mağazasından oğurluq hadisəsinə görə səkkiz nəfəri həbs edib.
Fransa və İsveçrə hüquq-mühafizə orqanlarının məlumatına görə, internetdə xırda oğruları cəlb edən qrupun iki lideri də həbs olunub.
İstintaq 2024-cü ilin iyun ayında başlanıb. İsveçrə hakimiyyəti Fransa müstəntiqlərinə bir neçə cinayətkar qrup haqqında məlumat verib ki, bu da onların həbsinə səbəb olub.
