...

Yaponiyada 25 Gbit/s sürətli supersürətli ev interneti istifadəyə veriləcək

Dünya xəbərləri Materials 27 Dekabr 2025 09:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın telekommunikasiya nəhəngi “NTT East” supersürətli ev internetinin istifadəyə verilməsi planlarını açıqlayıb.

Trend xarici KIV-lərə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təqdim edən optik lifli internetə (FTTH) qoşula biləcəklər.

Qeyd olunur ki, hazırda kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/s ilə məhdudlaşıb. Yeni tarif “Flet Hikari 25G” adlanır və “best-effort” prinsipi ilə işləyəcək, yəni mövcud şəraitdə mümkün olan ən yüksək sürət təqdim ediləcək.

Eyni zamanda, elmi-tədqiqat institutları və laboratoriyalarda məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir.

Tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1 petabit/saniyədən çox məlumat ötürmə sürətinə nail olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti