...

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət Materials 28 Dekabr 2025 11:56 (UTC +04:00)
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 28-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 28-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək güclənir.

Yağan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14, Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş (Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3, Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və Qubadlıda 1 sm -dir.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz, Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.

Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba, Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti