...

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb

Cəmiyyət Materials 28 Dekabr 2025 10:54 (UTC +04:00)
Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında qarlı-şaxtalı hava şəraiti hökm sürür.

Trend-in məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər veriblər.

Məlumata əsasən, hazırda muxtar respublikanın şəhər və rayonlarına qar yağır.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7, Şahbuz rayonunun Kükü kəndində 16, Şərurda 5, Sədərək və Kəngərlidə 3, Şərurun Axura kəndində isə 8 santimetr qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti