...

Azərbaycanın "Ümid" yatağından qaz hasilatı artırıla bilər

Energetika Materials 12 İyun 2012 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Ümid" dəniz qaz-kondensat yatağından qaz hasilatı iki dəfə artırıla bilər.

Tred-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda "Böyük dərinliklərdə karbohidrogen potensialı: gələcəyin enerji resursları - reallıq və proqnoz" adlı beynəlxalq konfransın gedişində ARDNŞ-nin geofizika, geologiya və yataqların işlənməsi məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, quyuya bufer təzyiq 600 atmosfer təşkil edir ki, bu da quyunun debitinin iki dəfə artırlmasının mümkünlüyündən xəbər verir. Lakin 10 millimetrlik ştutserlə quyunun sutkalıq debiti 1,2 milyon kubmetr qaz və 150 ton kondensat təşkil edir.

Yusifzadənin bir az əvvəl dediyi kimi, ARDNŞ avqustun sonuna kimi "Ümid" yatağından quruya qazın nəqli üçün sualtı qaz kəmərinin çəkilişini başa çatdıracaq.

"Ümid" yatağı 2010-cu ildə kəşf edilib.

Xəbər lenti

Xəbər lenti