...

Azərbaycan neftinin qiymətləri avqustun 13-də artıb

Energetika Materials 14 Avqust 2012 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Bədəlova/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 115,77 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,93 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 115,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 13-də 113,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,02dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti avqustun 13-də 113,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti