...

ARDNŞ neft donanmasının xidmət sahələrində monitorinq aparıb

Energetika Materials 19 Fevral 2013 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.İsmaylov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin 2013-cü il üzrə iş planına əsasən, 2013-cü il fevralın 5-14-də İdarənin əməkdaşları tərəfindən Xəzər Dəniz Neft Donanmasının və onun tabeli müəssisələrinin xidmət sahələrində ətraf mühitin mövcud ekoloji vəziyyətinin öyrənilməsi üçün ekoloji monitorinq həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İdarənin yaydığı məlumatda deyilir.

Monitorinq zamanı istehsalat sahələrində ekoloji qanunvericiliyin tələblərinin icra vəziyyəti, ARDNŞ-nin ekoloji siyasətinə uyğun olaraq yerlərdə ətraf mühitin mühafizəsi üçün ekoloji marifləndirmənin, tullantıların idarə olunması, təbii sərvətlərdən səmərəli istifadə və abadlaşdırma sahəsində aparılan işlərin icra vəziyyətinə, eləcə də ətraf mühitə atılan tullantıların zərərsizləşdirilməsi üçün yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər xüsusilə diqqət mərkəzində olub.

Çirkləndirmə ehtimalı olunan mənbələrdən nümunələr götürülərək Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq işi müəssisənin Xəzər dənizindəki obyektlərində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti