...

bp: TAP və "Nabucco" layihələri arasında böyük kommersiya fərqi olub

Energetika Materials 28 İyun 2013 14:36 (UTC +04:00)
Qazın dəyəri və tədarükü baxımından Trans Adriatik qaz kəməri və "Nabucco West" layihələri arasında böyük kommersiya fərqi olub.
bp: TAP və "Nabucco" layihələri arasında böyük kommersiya fərqi olub

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S. Əliyev/

Qazın dəyəri və tədarükü baxımından Trans Adriatik qaz kəməri və "Nabucco West" layihələri arasında böyük kommersiya fərqi olub.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə bp şirkətinin "Şahdəniz" yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk deyib:

"Qazın dəyəri və tədarük xərcləri baxımından TAP və "Nabucco" arasında böyük kommersiya fərqi olub. Layihələr arasında digər fərqlər də olub".

Onun sözlərinə görə, marşrutun seçiminin aparıldığı dörd il ərzində 10-dan artıq variant nəzərdən keçirilib. Qərar 8 meyar əsasında qəbul edilib. Nəticədə Azərbaycanın "Şahdəniz" qaz-kondesat yatağının işlənməsi layihəsinin səhmdarları qərar qəbul etdilər. Kukun sözlərinə görə, Trans Anadolu və Trans Adriatik qaz kəmərləri vasitəsilə TAP layihəsinin iştirakçı ölkələrinə qazı tez nəql etməyi təmin etmək mümkün olacaq. Həmçinin qazı Avropanın digər ölkələrində də ixrac etməyə imkan verəcək interkonnektorlar üzərində iş aparılır.

Kuk deyib: "Biz hazırda "Şahdəniz-2" layihəsi üzərində iş aparırıq. Bu layihəyə 40 milyard dollar həcmində investisiya yatırılması gözlənilir. Bu çox vacib qərardır, belə ki, digər yataqların işlənməsi üçün zəmin yaradacaq".

Onun sözlərinə görə, İtaliya və Yunanıstanla qazın alınmasına dair danışıqlar praktiki olaraq tamamlanıb. Bu ölkələrdən savayı, Yunanıstan-Bolqarıstan interkonnektorunuun (IGB) tikintisi məsələsi üzrə danışıqlar aparılır. IGB-yə TAP-ı qoşmaq planlaşdırılır.

Kuk qeyd edib ki, bir neçə həftə ərzində TAP-da iştirak payının alınmasına dair qərar qəbul ediləcək: "Müxtəlif ölkələrdən olan şirkətlər İtaliyada qaz almaq istəyirlər. Biz bu təklifləri nəzərdən keçirəcəyik və qazın İtaliyadan şimala nəqlində maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti