...

2013-cü ildə Səngəçal terminalından neft tədarükü artıb

Energetika Materials 13 Fevral 2014 18:45 (UTC +04:00)
London Fond Birjası Qrupu (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABB), Britaniya-Azərbaycan Biznes Şurası (BABC) və "Asiya House" tərəfindən keçirilən ikinci "Xəzər dəhlizi" konfransı (Caspian Corridor Conference) London Fond Birjasının binasında 7 mart 2014-cü il tarixində baş tutacaq.

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü il ərzində Səngəçal terminalından boru kəmərləri və dəmiryol vasitəsi ilə 286,2 milyon barel neft ixrac edilib. 2012-ci ildə bu rəqəm 282,9 milyon barelə bərabər olub. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

O cümlədən, terminaldan 248,7 milyon barel Bakı-Tbilisi-Ceyhan vasitəsilə, 29,9 milyon barel Bakı-Supsa Qərb İxrac Boru Kəməri marşrutu, 5,7 milyon barel neft dəmiryol, 1,9 milyon barel kondensat isə ixrac kəməri vasitəsilə ixrac edilib.

2013-cü il ərzində terminal, həmçinin gündəlik orta hesabla 26,6 milyon standart kubmetr (939 milyon standart kubfut) "Şahdəniz" qazı ixrac edib. 2012-ci ildə bu göstərici 21,1 milyon kubmetr olub.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təxminən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə ("Azəri-Çıraq-Günəşli" səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti