...

"Günəşli" yatağında yeni quyu istismara verilib

Energetika Materials 18 Aprel 2014 16:06 (UTC +04:00)
“Günəşli” yatağındakı 13-cü özüldən 351 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Günəşli" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

"Günəşli" yatağındakı 13-cü özüldən 351 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkətinin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3065-3027 metr intervaldan sutkalıq 75 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti