...

Yaponiyanın "Itochu" şirkəti ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Energetika Materials 20 Oktyabr 2014 18:15 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, "İtoçu" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Yaponiyanın "Itochu" şirkəti ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, "İtoçu" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumat görə, R.Abdullayev görüşdə Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldığını diqqətə çatdırıb.

ARDNŞ-nin liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan "İtoçu" korporasiyasının icraçı vitse-prezidenti Y.Kobayashi Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləyib. O, təmsil etdiyi korporasiyanın Azərbaycanla artıq 20 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, həyata keçirdikləri beynəlxalq layihələr arasında AÇG layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb və "İtoçu"nun digər layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.

''İtoçu'' korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan R.Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Y.Kobayaşiyə təşəkkür edib, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, ARDNŞ-nin idarəçiliyində olan ''Petkim'' neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək STAR neft emalı zavodunun inşasında birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

R.Abdullayev "İtoçu" ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti