...

Polşa Aİ-nin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın səylərini dəstəkləməyə hazırdır

Energetika Materials 15 Dekabr 2014 18:17 (UTC +04:00)
Azərbaycanın reallaşdırdığı iri enerji layihələri ölkənin özü üçün obyektiv zərurətdir, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatı məqsədini güdür.
Polşa Aİ-nin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın səylərini dəstəkləməyə hazırdır

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın reallaşdırdığı iri enerji layihələri ölkənin özü üçün obyektiv zərurətdir, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatı məqsədini güdür. Trend-in məlumatına görə, bunu bu gün energetika naziri Natiq Əliyev Bakıda keçirilən Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında deyib.

Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Polşa tərəfindən həmsədri Yanuş Pexoçinski bildirib ki, ölkəsi Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərini və qaz sahəsində apardığı işləri dəstəkləyəcək.

N.Əliyev qeyd edib ki, Azərbaycan təbii resursların kəşfiyyatı və işlənməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır: "Azərbaycan tərəfi üçün enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlıq cəlbedicidir".

İclasda öz nəqliyyat imkanlarının, xüsusilə yeni Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin və Azərbaycanın liman müəssisələrinin təqdimatı üçün tədbirlərin keçirilməsi təklif edilib. Həmçinin nəqliyyat sektorunda əməkdaşlıq üçün "yol xəritəsi"nin işlənməsinin zəruriliyi qeyd olunub, bununla əlaqədar olaraq iki ölkənin müvafiq strukturlarına səy göstərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti