...

Rumıniyada "SOCAR" YDM-lərinin sayı 31-ə çatdı (FOTO)

Energetika Materials 15 Dekabr 2014 18:33 (UTC +04:00)
SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
Rumıniyada "SOCAR" YDM-lərinin sayı 31-ə çatdı (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu gün ölkənin şimalında, Ukrayna ilə sərhəddə yerləşən Bistritsa şəhərində "SOCAR" brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bununla da Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatıb.

Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Bistritsa şəhər İcra hakimiyyəti və yerli dövlət qurumlarının təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə 3 kiçik və 1 böyük avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsinə imkan verən 2 sayğac quraşdırılıb. Digər YDM-lərdə olduğu kimi, Bistritsadakı məntəqədə də "Nar" kafe fəaliyyət göstərir. Burada müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti