...

Polşanın Baş nazirinin müavini Azərbaycana gələcək

Energetika Materials 22 May 2015 11:24 (UTC +04:00)
Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski 22-ci Xəzər Beynəlxalq “Caspian Oil and Gas” sərgisi və konfransında iştirak etmək üçün Azərbaycana gələcək.
Polşanın Baş nazirinin müavini Azərbaycana gələcək

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Səba Ağayeva /

Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski 22-ci Xəzər Beynəlxalq "Caspian Oil and Gas" sərgisi və konfransında iştirak etmək üçün Azərbaycana gələcək. Bu barədə Trend-ə Polşanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Polşanın Baş nazirinin müavini Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirməyi və iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Polşa hökuməti Azərbaycana sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. Xüsusilə aqrar sektor, ərzaq məhsullarının istehsalı perspektiv sahələrdən hesab edilir. Səfirlikdən qeyd edilib ki, bu məsələlər Azərbaycan tərəfi ilə danışıqlar zamanı diqqət mərkəzində olacaq.

Azərbaycanın nəqliyyat infrastrukturu ilə əlaqəli layihələrdə iştirak etmək də Polşa tərəfi ilə əməkdaşlıqda perspektiv sahələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti