...

SOCAR Rusiya qazının alışı barədə danışıqlar aparmır (YENİLƏNİB)

Energetika Materials 5 Sentyabr 2016 10:49 (UTC +04:00)
SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qaz alışı barədə danışıqlar aparmır.
SOCAR Rusiya qazının alışı barədə danışıqlar aparmır  (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qaz alışı barədə danışıqlar aparmır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, SOCAR artıq "Qazprom"a Rusiya qazının mümkün alışı ilə bağlı təkliflər göndərib, lakin hazırda bu barədə heç bir danışıqlar aparılmır.

Qeyd edək ki, bundan əvvəl "Qazprom Transqaz Mahaçqala" MMC-nin baş direktoru Aleksandr Astanin şirkətin Azərbaycana ildə 3-5 milyard kubmetr qaz tədarükü haqqında danışıqlar apardığını demişdi.

R.Abdullayev daha əvvəl bildirmişdi: "Qaz alışı Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraqlı-Günəşli" neft-qaz yataqlar blokunda laylara vurmaq üçün lazımdır, yəni neftin sabit hasilatını saxlamaq üçün lazımdır: "Qaz alışı bizə onun laylara vurulma həcmini artırmağa, eləcə də hazırda təqribən 3,5 milyard kubmetr tutumu olan qaz anbarlarının gücünü sınaqdan keçirməyə imkan verəcək, lakin onları nəzəri olaraq 5 milyard kubmetrədək genişləndirmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti