...

SOFAZ Almaniyada daşınmaz əmlak əldə edib

Energetika Materials 7 Mart 2017 18:31 (UTC +04:00)
Almaniya Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) daşınmaz əmlaka sahib olduğu ölkələr sırasına daxil olub
SOFAZ Almaniyada daşınmaz əmlak əldə edib

Bakı. Ənvər Məmmədov - Trend:

Almaniya Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) daşınmaz əmlaka sahib olduğu ölkələr sırasına daxil olub.

Trend-in məlumatına görə, SOFAZ Almaniyanın Frankfurt şəhərində “Junghof Plaza” binasını əldə edib.

Məlumatda qeyd olunur ki, binanın ümumi dəyəri 185 milyon avro təşkil edib.

Fonddan verilən məlumata görə, bu binaya investisiya ABŞ-ın PGIM şirkəti ilə birgə həyata keçirilib və SOFAZ-ın payı 35 faizə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti