...

Soyuq rayonlarda qaz tariflərinə güzəştlər ola bilər? - Departament rəisindən açıqlama

Energetika Materials 7 Yanvar 2022 12:04 (UTC +04:00)
Soyuq rayonlarda qaz tariflərinə güzəştlər ola bilər? - Departament rəisindən açıqlama

Bakı. Çingiz Səfərli - Trend:

Qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı təkliflər nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev deyib.

Onun sözlərinə görə, "Azəriqaz" İB-nin belə bir səlahiyyəti yoxdur:

"Amma bir şeyi qeyd etmək istəyirəm ki, mövsümlə əlaqədar qışın harada sərt keçməsi ilə bağlı ümumi hesabat götürəndə Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən abonentlərlə ucqar rayonlardakı abonentlərin qaz sərfiyyatının eyni olduğu müşahidə olunub. Bu, təxminən 4000-6000 kub həcmindədir. Bununla bağlı hansısa əsaslandırılmış təklif hələ ki verilməyib", - qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti