...

Bakı enerji forumunun bağlanış mərasimi Şuşada keçiriləcək

Energetika Materials 24 May 2022 12:11 (UTC +04:00)
Bakı enerji forumunun bağlanış mərasimi Şuşada keçiriləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı enerji forumunun bağlanış mərasimi Şuşada keçiriləcək.

Trend-in məlumatına görə, bunu "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov 27-ci "Xəzər Neft-Qaz" beynəlxalq sərgisi, 10-cu "Energetika və Xəzərin bərpa olunan enerji mənbələri" beynəlxalq sərgisi, eləcə də "Xəzər Neft-Qaz" konfransının təşkili ilə bağlı keçiriləmn tədbir zamanı deyib.

Onun sözlərinə görə, iyunun 4-də Şuşa şəhərində forum iştirakçılarının sessiya konfransı keçiriləcək.

"Orada tədbir iştirakçıları arasında bir sıra saziş və sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində enerji sərgiləri, iyunun 2-3-də isə Bakı Konqres Mərkəzində Bakı enerji forumu keçiriləcək. Tədbirlərdə 30-dan çox ölkədən 300-dən artıq şirkət iştirak edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti