...

Brent markalı neftin qiyməti 124 dolları ötüb

Energetika Materials 8 İyun 2022 21:21 (UTC +04:00)
Brent markalı neftin qiyməti 124 dolları ötüb

Bakı. Trend:

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 124 dolları ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 20:30 üçun (Bakı vaxtı) bahalaşma 2,34 faizə qədər azalıb və "Brent" markalı neft 123,39 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti martın 9-u 124 dollardan artıq olub.

"WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,17 faiz artaraq 122 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti