...

IGB Bolqarıstanın regional qaz habına çevrilməsinə imkan verəcək

Energetika Materials 1 May 2023 10:00 (UTC +04:00)
IGB Bolqarıstanın regional qaz habına çevrilməsinə imkan verəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstanın müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl regional haba çevrilməsinə imkan yaradacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov deyib.

O xatırladıb ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) 1 oktyabr 2022-ci ildə Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin digər dövlət və hökumət başçılarının, habelə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etdiyi açılış mərasimi kəmərin kommersiya istismarının başlanğıcını qoyub.

"IGB qazın Yunanıstan ərazisi ilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. Bu, Cənub-Şərqi Avropa regionuna qaz tədarüklərinin diversifikasiyası üçün mühüm və ümumi maraq kəsb edən layihə olmaqla Mərkəzi və Şərqi-Avropada enerji bağlantısı üzrə yüksək səviyyəli qrup çərçivəsində prioritet daşıyır. IGB Bolqarıstanın yaxşı inkişaf etmiş milli qaz nəqli sistemi və Türkiyə, Yunanıstan və Rumıniyanın mövcud qaz interkonnektorları ilə ölkənin müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl regional haba çevrilməsinə imkan yaradacaq ki, bu da elə diversifikasiyanın məğzini təşkil edir. Beləliklə, Cənub Qaz Dəhlizi təkcə Bolqarıstanın deyil, bütünlükdə Balkan regionunun enerji xəritəsini dəyişib", - o deyib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti