...

BEM sahəsindəki təcrübəmizi Azərbaycana təklif edə bilərik - Sloveniya XİN (ÖZƏL)

Energetika Materials 25 Oktyabr 2023 09:57 (UTC +04:00)
BEM sahəsindəki təcrübəmizi Azərbaycana təklif edə bilərik - Sloveniya XİN (ÖZƏL)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Su elektrik stansiyalarından günəş panellərinə qədər bərpa olunan enerji (BEM) sahəsindəki böyük təcrübəsini Azərbaycana təklif edə biləcək bir çox Sloveniya şirkəti var.

Bu barədə Trend-ə Sloveniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Sloveniyanın günəş enerjisi ilə bağlı iddialı proqramı var. Sloveniyada, həmçinin, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq imkanı genişlənir. Konkret BEM layihələrinə müxtəlif investisiyaları daha cəlbedici etmək üçün icazələrin verilməsi prosesinin optimallaşdırılması üzərində çalışırıq", - deyə mənbədən bildiriblər.

Sloveniya XİN-in məlumatına görə, Sloveniya şirkətləri Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır.

"Sloveniya şirkətləri xüsusən əczaçılıq və kimya sənayesi, kiçik su elektrik stansiyalarının yenidən qurulması, fotovoltaika, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur tikintisi, elektrotexniki sənaye, turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün açıqdır", - deyə nazirlikdən əlavə ediblər.

Azərbaycan qazının Avropa İttifaqına tədarükünü şərh edən XİN Sloveniyanın Mərkəzi və Cənub-Şərqi Avropaya qaz tədarükü mənbələrinin diversifikasiyasına imkan olacaq bütün səyləri dəstəkləyir.

Mənbədən bildiriblər ki, Sloveniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq qənaətbəxş səviyyədə qalır, iki ölkə arasında əmtəə dövriyyəsi 2022-ci ildə 27,3 milyon avroya çatıb.

"Mal və xidmətlərlə ticarət üstünlük təşkil edir. Sloveniya Azərbaycandan əsasən əczaçılıq məhsulları ixrac edir. Lakin ölkələr arasında investisiya axını yoxdur", - deyə nazirlikdən bildiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti