...

Bolqarıstanda yeni energetika naziri təyin olunub

Energetika Materials 12 Aprel 2024 14:31 (UTC +04:00)
Bolqarıstanda yeni energetika naziri təyin olunub
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Vladimir Malinov 2018-ci ildən tutduğu "Bulgartransgaz"ın direktoru vəzifəsini tərk edərək Bolqarıstanın yeni energetika naziri təyin olunub.

Trend bu barədə Bolqarıstanın Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Bolqarıstan prezidenti Rumen Radevlə görüşündə Malinov yeni prioritetlərin ölkənin enerji və iqlim üzrə milli fəaliyyət planı və enerji strategiyasının yenilənməsi, elektrik enerjisi bazarının daha da liberallaşması olduğunu bildirib.

Bolqarıstanın enerji sektorunda böyük iş təcrübəsinə malik olan Malinov Dimitar Qlavçevin rəhbərliyi altında müvəqqəti Bolqarıstan hökumətində nazir olaraq çalışıb.

Qeyd edək ki, Bolqarıstan Azərbaycanla strateji enerji əməkdaşlığı həyata keçirir və 2021-ci ilin yanvar ayından ölkəmizdən qaz satın alır.

2023-cü ilin aprel ayından Sofiyada "SOCAR Balkans" regional ofisi fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti