...

Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini təmin edib - Səfir

Energetika Materials 28 İyun 2024 20:20 (UTC +04:00)
Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini təmin edib - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini təmin edib.

Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

"ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliyində Amerika Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinin konsepsiyası, inşası və əməliyyatına vacib dəstək göstərib. Bu layihələr bizim ən valehedici, ortaq nailiyyətlərimiz arasındadır. ABŞ-Azərbaycan tərəfdaşlığı olmadan bu enerji infrastrukturu mövcud olmazdı, Avropanın daha az enerji təhlükəsizliyi olardı və Azərbaycan lap daha az inkişaf edərdi", - o bildirib.

Diplomat qeyd edib ki, bu gün biz iki ölkə arasında enerji sektorunda münasibətlərdə güclü, strateji əhəmiyyətli transformasiyaların şahidi oluruq.

"Bu il Azərbaycanın COP29 sədrliyi tərəfdaşlığımızda növbəti mərhələdir. Artıq götürülən öhdəliklərin icrasını sürətləndirən, eləcə də, maliyyələşmə, tullantıların azaldılması və planetimizi gələcək nəsillər üçün qorumaq, habelə bir tam onda beş arzusunu canlı tutmaq üçün gələcək ambisiyaları yüksəldən uğurlu COP29 – ortaq məqsədimizi dəstəkləmək üçün Azərbaycanla işləməkdən sevincliyik" - deyə Mark Libbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti