Bakı. Trend:
“Qaradağ” Günəş Elektrik Stansiyasında (GES) istismara verildiyi tarixdən bu günədək 458,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü il oktyabrın 26-da rəsmi açılış mərasimi olan stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və stansiyada yaşıl enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən stansiyanın ümumi gücü 230 meqavatdır.