...

Cari ilin ilk rübündə Tailand Azərbaycandan 138 min tona yaxın neft alıb

Energetika Materials 26 May 2025 14:12 (UTC +04:00)
Cari ilin ilk rübündə Tailand Azərbaycandan 138 min tona yaxın neft alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində 137,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 127,2 milyon ABŞ dolları və ya 62,6%, həcm ifadəsində isə 189,2 min ton və ya 57,9% çoxdur.

Dövr ərzində Tailand Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti