...

LUKOIL 2007-ci ildə Xəzərin Azərbaycan sektorunda D-222 blokunda ikinci kəşfiyyat quyusunun qazılmasına başlaya bilər

Energetika Materials 14 Oktyabr 2005 17:03 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda D-222 blokunda ("Yalama") ikinci kəşfiyyat quyusunun qazılmasına 2007-ci ilin əvvəlində başlanıla bilər.Bu gün bu barədə Trend ə LUKOIL şirkətinin birinci vitse-prezidenti Ravil Maqanov bəyan edib.

Onun sözlərinə görə, hazırda şirkətin mütəxəssisləri D-222-də birinci kəşfiyyat quyusunun qazmasının yekunları üzrə alınan məlumatların təkrar şərhini aparır.

"Ola bilsin ki, 2006-cı ildə biz əlavə üçölçülü (3D) seysmoloji kəşfiyyat aparaq.İndi bizim geoloqlarımız müx təlif məlumatalrı nəzərdən keçirir.Düşünürəm ki, təxminən noyabrın sonuna onlar bu işi başa çatdıracaq və biz gələn ilə qarşıdakı hərəkət planlarını müəyyən edəcəyik" -deyə o bildirib.

R.Maqanov qeyd edib ki, strukturda quyunun qazmasının ikinci nöqtəsi məlumatların yenidən şərhindən sonra məlum olacaq. "Düşünürəm ki, ikinci quyu 2007-ci ilin əvvəlində qazılacaq.Qazma qurğusu ilə , mən düşünürəm ki, problem olmayacaq" -deyə o fikrini bitirib.

LUKOIL "Yalama"da birinci kəşfiyyat quyusunun qazılması zamanı iqtisadi cəhətdən cəlbedici olan karbohidrogen ehtiyatları aşkar etməyib.Quyu "Heydər Əliyev adına" (keçmiş LİDER) üzən qazma qurğusu ilə layihə dərinliyi 4500 metr olmaqla dənizin 332 metr dərinliyində qazma aparılıb.Qazma zamanı qazın təzahürü nişanələri qeyd olunub. Azərbaycanın D-222 perspektivli bloku üzrə kəşfiyyat, işlənib-hazırlanma və hasilatın pay bölgüsü haqqında saziş 3 iyul 1997-ci ildə ARDNŞ ilə LUKOIL arasında bağlanıb.

Xəbər lenti

Xəbər lenti