...

Azərbaycan metal boruların idxalını azaldıb

Energetika Materials 19 Oktyabr 2005 13:34 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust aylarında Azərbaycan quruda və dənizdəki yataqlarda əməliyyatların aparılması üçün 101653,4 ton müxtəlif metal borular idxal edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 61,6% azdır. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, göstərilən dövrdə $102846,5 min dəyərində boru idxal olunub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 50.1% azdır.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2005-ci ilin yanvar-avqust aylarında neft-qaz nəqli üçün boruların idxalı payına 50862,8 ton düşür ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 74.3% azdır. 2005-ci ilin bu dövründə neft-qaz kəmərləri üçün $51480.3 min dəyərində boru idxal olunub. Bu da ötən ilin yanvar-avqust aylarında olduğundan 0,8% azdır. Komitədən o da bildirilib ki, 2005-ci ilin 8 ayı ərzində 21763,6 ton qazma borusu alınıb ki, bu da 2004-cü ilin analoji dövründəkindən 5,6% azdır. Bu məhsulun idxalının ümumi dəyəri $29855,1 min təşkil edir ki, bu da 2004-cü ilin yanvar-avqust aylarında olduğundan 0,8% azdır.

Xəbər lenti

Xəbər lenti