...

SDX-4 quyusunun qazması ilin sonunda başa çatdırılacaq

Energetika Materials 1 Mart 2006 16:58 (UTC +04:00)

"ŞahDəniz" qaz-kondensat yatağında SDX-04 - dördüncü qiymətləndirmə quyusunun dərinliyi hazırda 2 min metr təşkil edir. Quyunun layihə dərinliyi təxminən 7 min metr təşkil edir. Bu barədə Trend ə CDC şirkətində bildirilib. Qazma "İstiqlal" qzma qurğusu ilə həyata keçirilir.

Quyunun qazması bu ilin sonunda başa çatdırılacaq. Bundan sonra "İstiqlal" qazma qurğusu "İnam" yatağında ikinci kəşfiyyat quyusunun qazmasına cəlb ediləcək. ""İnam" da qazmanın 2006-cı ilin sonu 2007-ci ilin əvvəlində başlanılması nəzərdə tutulur" -deyə CDC-də bildirilib.

Bundan öncə, "İstiqlal" qurğusu ilə "ŞahDəniz" yatağında birinci mərhələnin işlənib hazırlanması layihəsi çərçivəsində dördüncü öncəqazma quyusu qazılıb. Bu quyu suyun 101 m dərinliyində qazma üçün quraşdırılmış mövcud dib salı ilə strukturun tağına yaxın hissədə quyunun ağzında boşluq vertikaldan 1,44 km. təşkil edir. Quyunun dərinliyi 6189 metr təşkil edib. "ŞahDəniz"in tərəfdaşları 2006-cı ilin sonunda yataqda qaz hasilatına başlandıqdan sonra ilk üç il ərzində Azərbaycan üçün təxminən 3 mlrd. kub. metr əlavə təbii qaz hasilatının təmin edilməsi məqsədilə 2004-cü ildə bu quyunun qazmasını təsdiq edib.

"ŞahDəniz" layihəsində hasilatın pay bölgüsünə dair Sazişin iştirakçıları VR (operator - 25,5%), Statoil (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (AR DNŞ - 10%), LUKAgip (10%), NICO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti