...

ARDNŞ özünə məxsus iri neft partiyasının Ceyhandan göndərilməsinin ilkin tarixini müəyyənləşdirib

Energetika Materials 21 Aprel 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) mayın 21-23-də Türkiyənin Ceyhan limanından ilk iri yüngül neft partiyasını yükləyib-göndərməyə hazırlaşır. ARDNŞ-dən şənbə günü verilən məlumata görə, ARDNŞ Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gətirilən 2 milyon barrel (270 min ton) Azeri Light neftini Britaniyanın Arcadia treyderinə satıb.

2007-ci ildə Ceyhandan ARDNŞ-in neftini aşağıdakı şirkətlər alıb:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barrel);

VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barrel);

Select Energy GmbH - fevral (600 min. barrel);

Select Energy GmbH - fevral-mart (1 mln. barrel);

Glencore Energy UK Ltd - mart (1 mln. barrel);

Addax BV- mart (1 mln. barrel);

Sumato Energy Group Ltd - aprel (1 mln. barrel);

Select Energy GmbH - aprel (1 mln. barrel);

Arcadia Petroleum Limited - may (2 mln. barrel).

Xəbər lenti

Xəbər lenti