Azərbaycan, Bakı / Trend S.Əliyev/ İran Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) TS-1 markalı ağ neft almaq niyyətini açıqlayıb. ARDNŞ nümayəndəsinin verdiyi məlumata görə, hazırda ARDNŞ-in "TOTSA" ilə ilin birinci yarısında 150 min ton ağ neftin satılmasına dair müqaviləsi var.
"Biz İrana ayda bir dəfə bir tanker partiyası ilə ağ neftin göndərilməsi ehtimalı üzərində düşünürük. Lakin çox şey "TOTSA" ilə müqavilənin uzadılmasından asılı olacaq" - deyə nümayəndə bildirib.
ARDNŞ TS-1 markalı ağ nefti Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun bazasında istehsal edir. Bu məhsul həmçinin AZAL aviaşirkətinə satılır.