...

Azərbaycanda butan-butilen istehsalı iki dəfə artıb

Energetika Materials 7 May 2007 14:21 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Yanvar-aprel aylarında Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş "Azneftyanacaq") 48,46 min ton butan-butilen fraksiyası istehsal edib. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu göstərici proqnozdan 6 faiz və ya 18,36 min ton çoxdur.

Keçən ilin yanvar-aprel aylarında butan-butilen fraksiyasının istehsal həcmi 32,16 min ton təşkil edib, bu da bu ilin analoji dövrü ilə müqayisədə 16,3 min ton (50,7 faiz) azdır. 2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

Yanvar-aprel aylarında keçən ilin əvvəlki aylarında olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti