...

Bu il Azərbaycan Dövlət Neft Şirkəti axtarış qazmasının həcmini 366,7% artırıb

Energetika Materials 7 İyul 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / ARDNŞ-dən verilən məlumata görə, yanvar- may aylarında Azərbaycan 103449 metr həcmində qazıntı həyata keçirib. Qazıntının bu həcmi proqnozlaşdırıldığından 9579 metr və ötən ilin göstəricisindən 35766 metr çoxdur. İyun ayında yataqlarda 21139 metr qazıntı həyata keçirilib.

Yanvar- may aylarında istismar qazıntısının həcmi 99249 metr təşkil edib. Bu, proqnozlaşdırıldığından 7171 metr, ötən ilin göstəricisindən isə 32466 metr çoxdur. İyun ayında istismar qazıntısı 20571 metr təşkil edib.

Yanvar- may aylarında axtarış qazınıtısı 4200 metr təşkil edib. Bu, proqnozlaşdırıldığından 2408 metr, ötən ilin göstəricisindən isə 3300 metr çoxdur. İyun ayında axrarış-qazıntı işləri 568 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti