...

Facebook səhmləri 4%-dək ucuzlaşıb

Maliyyə Materials 27 Oktyabr 2021 03:08 (UTC +04:00)
Facebook səhmləri 4%-dək ucuzlaşıb

Bakı. Trend:

Nyu-York Fond Birjasında Facebook-un səhmləri rüblük hesabatların dərci fonunda 4%-dək ucuzlaşıb.

Trend xəbər verir ki, şirkətin bir səhminin qiyməti 12,88 dollar (-3,92%) azalaraq 315,81 dollara düşüb.

Şirkətin rüblük hesabatlarına görə, Facebook-un gəliri bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 29 milyard dollar təşkil edib. Bununla belə, investorlar gəlirin daha da yüksək - ən azı 29,58 milyard dollar olacağını gözləyirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti