...

Mərkəzi Bank bugünkü valyuta hərracında 27 milyon dollar satıb

Maliyyə Materials 11 Aprel 2023 12:40 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda tələb 27,3 mln. dollar təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə birtərəfli satışı formasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti