Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta satışı ilə bağlı açıqlama yayıb.
ARDNF-dən Trend-ə verilən məlumata görə, Fond tərəfindən ötən ay ərzində 286 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Mart ayı üzrə isə bu rəqəm 383,9 milyon ABŞ dolları olmuşdu
Qeyd edək ki, ötən gün Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 47,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.