Əlcəzair. Trend:
İslam maliyyələşmə aləti olan sukukun uğurlu tətbiqi üçün təkcə normativ-hüquqi bazanı mükəmməlləşdirmək kifayət etmir, eyni zamanda, uzunmüddətli, proqnozlaşdırıla bilən buraxılış proqramı yaratmaq vacibdir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Əlcəzairin Maliyyə Nazirliyinin dövlət borcu departamentinin direktoru Razik Meqateli Əlcəzairdə IsDB Qrupunun illik toplantısı çərçivəsində keçirilən "Dövlət sukukları: milli maliyyələşmənin strateji aləti" mövzusunda panel müzakirəsi zamanı danışıb.
“Hesab edirəm ki, mövcud normativ baza indiki vəziyyətində yetərli deyil . Tənzimləməni daha da dərinləşdirmək, onu bazarın tələblərinə və vəzifələrinə uyğun, daha səmərəli etmək lazımdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Əlcəzair sukukun buraxılışı üzrə tamhüquqlu illik proqram formalaşdırmağa keçməlidir.
“Hazırda dövlət istiqrazlarının buraxılışı üzrə proqramlar mövcuddur. Eyni yanaşma sukuk üçün də tətbiq olunmalı, buraxılış sistemli və illik xarakter daşımalıdır. Bu, investorlar arasında "gələn il buraxılış olacaqmı?" kimi qeyri-müəyyənliyi aradan qaldırar. Bu il vəsait yatıranlar bilməlidirlər ki, iki-üç ildən sonra öz sukuklarını daha cəlbedici gəlirlilik və şərtlərlə yenilərinə dəyişə biləcəklər”, - deyə Razika Meqateli qeyd edib.