...

Azərbaycanda faydalı qazıntıların hasilatı zamanı tullantıların azaldılması probleminin həllinə böyük diqqət yetirilməlidir - Deputat

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 13:48 (UTC +04:00)
Azərbaycanda faydalı qazıntıların hasilatı zamanı tullantıların azaldılması probleminin həllinə böyük diqqət yetirilməlidir - Deputat
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada hər il 7-10 milyard ton bərk məişət tullantısı istehsal olunur və qlobal miqyasda istifadə olunan bütün resursların demək olar ki, 10 faizi tullantıya çevrilir.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi hər il bütün dünyada 12,6 milyon insanı öldürür.

"Qeyri-qənaətbəxş ekoloji şərait dünya üzrə bütün ölümlərin 23 faizinin və beş yaşadək uşaqlar arasında ölümlərin 26 faizinin səbəbidir", - deyə o vurğulayıb.

Məişət tullantılarından danışan deputat bildirib ki, dünyada hər il bərk məişət tullantılarının payına 2 milyard ton düşür.

"Müxtəlif ölkələrdə sənaye tullantılarının miqdarı gəlir səviyyəsi, sənayeləşmə və iqtisadiyyatın strukturundan asılıdır. Lakin tullantıların daha böyük həcmi faydalı qazıntı hasilatı, metallurgiya və digər sahələrdə formalaşır. Azərbaycanda tullantılarının azaldılması problemini həll etmək üçün iqtisadiyyatın bu sahələrinə böyük diqqət yetirməlidir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti