...

Rabitə Nazirliyi Azərbaycanın regionunda "NGN" şəbəkəsinin yaradılması üzrə tenderin müddətini uzadıb

Telekommunikasiya Materials 24 İyun 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İstehsalat Birliyi Azərbaycanın daha bir regionunda "NGN" şəbəkəsinin ("Next Generation Network") tikintisi üzrə tenderin müddətini uzadıb.

"Aztelekom"dan verilən məlumata əsasən, tender prosedurunda Ağdaşda "NGN" xidmətlərinin göstərilməsi üçün hər hansı bir şirkətin iştirak etməməsi səbəbindən tender təkliflərinin açılışı iyulun 23-nə təyin olunub.

Maraqlanan şirkətlərin təklifləri iyulun 22-dək qəbul olunacaq. Tenderdə iştirak haqqı 2 min manat təşkil edir.

Ötən il "NGN" şəbəkəsi Şamaxıda və rayonun 23 kəndində quraşdırılaraq istifadəyə verilib. Onun tətbiqindən sonra bütün region sakinləri İP telefoniya, İnternet, televiziya və xitmətlər-bazası xidmətlərindən istifadə etmək imkanı əldə ediblər. Bundan ötrü bütün kənd ATS-lərində və Şamaxının ATS-lərində Sloveniyanın "Iskratel" şirkəti tərəfindən lazımi avadanlıq quraşdırılmışdı.

"NGN" (gələcək nəsil şəbəkəsi) nitq, təsvir və kommutasiya paketlərindən istifadə ilə məlumatların ötürülməsi üçün təyin edilmiş çoxməqsədli şəbəkədən ibarətdir.

"NGN" şəbəkəsi telekommunikasiya trafikləri üzrə müxtəlif növlər üçün lazımi xidmət keyfiyyətini təmin edir. Yuxarıda göstərilən texnologiyaların tətbiqi abunəçilərə VoIP-telefoniya, səsli poçt, məlumat ötürmə xidməti, multimediya xidmətləri, virtual xüsusi şəbəkə, məlumatların unifikasiya edilmiş mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavabı sistemi üzrə xidmət, interaktiv oyunlar, video konfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti