...

Azərbaycanın "Şərq-Qərb" supermagistralının yaradılması layihəsi reallaşmanın ikinci mərhələsinə qədəm qoyur

Telekommunikasiya Materials 28 Dekabr 2009 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Vəliyev/

"Şərq-Qərb" informasiya supermagistralının yaradılması layihəsinin reallaşması ikinci mərhələyə qədəm qoyur. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya ictimaiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov Trend -a deyib.

Gülməmmədovun sözlərinə görə, hazırda layihə üzrə işçi qrupu konsorsiumun yaradılması və onun həyata keçirilməsi üçün sərmayədarların cəlb edilməsi istiqamətində işlər aparır ki, bu da 30 ölkədən dəstək alan layihənin reallaşmasının ikinci mərhələsidir.

MDB üzrə tərəfdaşlar, Avropa və Asiya dövlətləri ilə layihə üzrə danışıqlar aparılıb.

Layihə BMT Baş Assambleyasının 64-cü sessiyasının üçüncü komitəsinin 16 və 17-ci iclasları zamanı müzakirə olunub.

Özünün sərfəli coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan beynəlxalq İnternet mərkəzlərindən uzaqda yerləşir. Onlardan bəziləri Qərbi Avropada yerləşir, bu səbəbdən də Azərbaycan tranzit dövlətlərin trafikindən istifadə etməyə məcburdur ki, bu da onun qiymətini əhəmiyyətli dərəcədə artırır.

Ötürülən trafik həcmlərinin artırılması və onun qiymətinin azaldılmasının daha səmərəli üsulu Avropa və Asiyanı birləşdirən Transmilli magistralın yaradıması yolu ilə əlavə fiberoptik magistral kanalların çəkilməsidir.

"Şərq-Qərb" layihəsinin vəzifəsi ümumilikdə 20 ölkəni birləşdirmək və regionun inkişafı üçün lokomotiv rolunu oynamaqdır. Layihənin realizəsi Qərbi Avropa və Sakit Okean ölkələri arasındakı "uçurumu" aradan qaldırmağa imkan verəcək.

Məqalə müəliifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti