...

AYİB 2009-2012-ci illərdə Azərbaycanda İKT-nin inkişafı üzrə Dövlət Proqramına dair təklfilər paketini hazırlayacaq

Telekommunikasiya Materials 11 Mart 2010 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir H.Vəliyev/

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisi 2009-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramına dair təklfilər paketini hazırlayacaq.

Qurumun məlumatına görə, bu məsələ rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun AYİB-in Bakı ofisinin rəhbəri Fransis Delay və AYİB-in hüquqi məsələlər üzrə məsləhətçisi Pol Moffaotl ilə görüşündə müzakirə edilib.

Hazırda nazirlik Dövlət Proqramına dair əlavə materialların hazırlanması üzrə iş aparır. Bu materiallar yaxın vaxtlarda baxılmaq üçün AYİB-ə təqdim olunacaq.

2009-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramı layihə iştirakçısı olan bütün nazirlik və idarələr tərəfindən təqdir edilib.

Yeni Dövlət Proqramı idarələrarası xarakter daşıyır və konkret sahələr üzrə qərarlara dair layihələri ehtiva edir. Həmin layihələrdən bəziləri hazırda həyata keçirilən layihələrin davamıdır, bəziləri isə yeni olacaq.

Layihələr cəmiyyətdə İKT-nin geniş tətbiqinə, "Elektron hökumət"in formalaşmasına və göstərilən elektron xidmətlərinin spektrinin genişləndirilməsinə yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti