...

Azərbaycanın kompüter avadanlığı istehsal edən zavodu paytaxtın ictimai yerlərində internet köşklərinin açılmasına başlayıb

Telekommunikasiya Materials 22 May 2010 17:15 (UTC +04:00)

Аzərbaycan, Bakı, 22 may / Trend,müxbir H.Vəliyev/

KUR kompüter avadanlığı istehsalı zavodu Bakının ictimai yerlərində internet-köşklərin açılmasını planlaşdırır, şənbə günü zavodun mühəndis-proqramçısı Ürfan Vəliyev Trendə verdiyi məlumatda belə deyib.

Onun sözlərinə görə, bu avadanlıqların quraşdırılacağı iqtisadi cəhətdən təsdiqlənmiş məkanlar, təhsil müəssisələri, biznes-mərkəzlər,vağzallar və aeroportların gözləmə zalları və avtobus dayanacaqlarıdır.

Bu gün internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur.

WiMAX texnologiyası üzrə yüksəksürətli İnternet şəbəkəsinə qoşulmuş bu avadanlıqlar ilkin ehtimallara görə bir Mbit/s təşkil edən sürətlə istifadəçilər tərəfindən məlumatların tez bir zamanda əldə olunmasını təmin edir.

Avadanlıq istifadəçi tərəfindən əldə edilmiş məlumatı çap etmək üçün printerlə təchiz olunub.İnternet-köşkün iş prinsipi istifadəçi ilə İnternet şəbəkəsi arasında əlaqə yaradan internet-brauzerlə təmin olunub. Terminala hər hansı bir məlumatın daxil edilməsi internet-köşklərin təhlükəsizliyini təmin etmək məqsədilə sındırılması qeyri-mümkün olan şəraitdə quraşdırılan klaviatura vasitəsilə yerinə yetirilir.

Xəbər lenti

Xəbər lenti