...

Azərbaycanın internet-hərracı beta-sınaq rejiminə keçir

Telekommunikasiya Materials 13 İyul 2010 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

QRM Management şirkəti Sinta.az Skandinaviya hərracının tətkib hissəsini təşkil edən proqramı yeniləşdirib. Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Hazırda sistem açıq beta-sınaq rejimində işləyir və işlər iyulun 24-dək davam etdiriləcək. Sınaq müddəti ərzində texniki xarakterli problemlərin yaranması mümkündür.

Şirkətin planlarına yeniliklərlə əlaqədar olaraq işlənmə və sınaq mərhələsində yeni hərrac növlərinin tətbiqi daxildir.

İnternet-hərrac, şirkətin deyildiyinə görə, satışa çıxarılan malların iştirakçıların aşağı qiymətə ala biləcəyi interaktiv hərracdır. Bütün sövdələşmələr üzrə ilkin qiymətlər bir manatdan başlayır. Sövdələşmələr qiymətlərin qaldırılması üzrə 0,02 manatı ötməyən əvvəlcədən müəyyənləşən şərtlərlə aparılır. Hərrac iştirakçılarının və layihənin bütün iştirakçılarının hüquqi münasibətləri "İctimai ofert müqaviləsi" ilə tənzimlənir.

Hər dəfə düyməni basanda mal görünən zaman alıcının "Nick name"i interaktiv göstərilir.

İnternet-sövdələşmələrdə iştirak üçün balansın artması həm plastik kartlar, həm də SMS-məlumatlar vasitəsilə həyata keçirilir.

Dələduzluq faktının qarşısının alınması üçün qeydiyyatdan keçən zaman hərrac iştirakçısının mobil telefon nömrəsi göstərilir və bura təsdiqetmə kodu daxil olur. Uduş zamanı abonentin nömrəsinə kodlu söz gəlir və o, bunu sonradan malı aldığı yerə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti