...

Bakcell rouminq tərəfdaşlarının sayını artırıb

Telekommunikasiya Materials 25 Avqust 2010 15:41 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru Bakcell bu yaxınlarda 56 mobil operatorla GPRS-rouminq müqaviləsi imzalayaraq GPRS-rouminq əhatə dairəsini genişləndirib.
Bakcell rouminq tərəfdaşlarının sayını artırıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanın ilk mobil operatoru Bakcell bu yaxınlarda 56 mobil operatorla GPRS-rouminq müqaviləsi imzalayaraq GPRS-rouminq əhatə dairəsini genişləndirib. 2010-cu il ərzində Bakcell GPRS rouminq üzrə tərəfdaşlarının sayını 2,5 dəfə artırıb. İndi Klass və Gold abunəçiləri və Bakcell-in korporativ müştəriləri dünyanın 43 ölkəsində 56 tərəfdaş mobil şəbəkə vasitəsilə mobil internetdən istifadə edə bilərlər.

GPRS-rouminqi Azərbaycanda aktivasiya etmək üçün ölkəni tərk etməzdən əvvəl telefonda interneti və rouminqi aktivasiya etmək tələb olunur. GPRS-rouminqi ölkədən kənarda da aktivasiya etmək mümkündür, bu halda gərək zənglər və SMS üçün rouminq xidmətini səfərdən əvvəl aktivasiya edilməlidir.

2010-cu ildə Bakcell həmçinin GSM-voice (telefon danışıqları və SMS) rouminq tərəfdaşlarının da sayını artırıb. Hazırda şirkətin dünyanın 150-dən çox ölkəsində 280-ə yaxın tərəfdaşı var.

İnternetin aktivasiyası və rouminq tarifləri, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri barədə daha geniş məlumatı www.bakcell.com internet səhifəsinə daxil olmaqla və ya 555 nömrəsinə zəng vurmaqla əldə etmək mümkündür.

Qeyri-Bakcell abunəçiləri Bakcell və onun təqdim etdiyi xidmətlər haqqında məlumat əldə etmək üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti