...

Dövlət Radiotezliklər İdarəsi 692 ədəd qeydiyyatsız radioelektron vasitə aşkar edib

Telekommunikasiya Materials 5 İyul 2011 14:06 (UTC +04:00)
Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 692 ədəd qeydiyyatdan keçməmiş müxtəlif növ radioelektron vasitə (REV) aşkar olunub.
Dövlət Radiotezliklər İdarəsi 692 ədəd qeydiyyatsız radioelektron vasitə aşkar edib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir H.Vəliyev/

İlin birinci yarısının yekunu üzrə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 692 ədəd qeydiyyatdan keçməmiş müxtəlif növ radioelektron vasitə (REV) aşkar olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DRİ-dən bildirilib.

Məlumata görə, ötən dövr ərzində DRİ tərəfindən 377 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan REV-lərə texniki baxış keçirilib.

Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 214 ədədi möhürlənib, 3 ədədi silinib, 302 ədədi qeydiyyata salınıb, 173 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 55 protokol yazılıb və müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti