...

Google Azərbaycanda serverlərin quraşdırılmasını tamamlayıb

Telekommunikasiya Materials 3 Sentyabr 2011 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Google şirkəti öz serverlərini Azərbaycanın ilkin provayderi Delta Telecom-un DATA-mərkəzində yerləşdirib. Bu barədə Trend-ə Delta Telecom-un texniki direktoru Rahid Ələkbərli bildirib.

Onun sözlərinə görə, hazırda yüklənmiş qurğuların sınağı keçirilir və bu, gələn həftə başa çatacaq.

Axtarış sisteminin serverlərinin Azərbaycanda mövcud olması yerli istifadəçilər üçün axtarışın keyfiyyətini yüksəldəcək. Belə ki, nəticələr çox böyük sürətlə yerinə yetiriləcək.

Bundan əvvəl Ələkbərli deyib ki, Google şirkətinin AzNET şirkətini seçməyinin əsas səbəbi Delta Telecom-da lazımi infrastrukturun mövcudluğu olub. Delta Telecom-un DATA-mərkəzi internet-mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır.

Xəbər lenti

Xəbər lenti