...

Yüksək dizayn və mükəmməl keyfiyyətin vəhdəti olan "Ulysse Nardin" telefonları artıq Bakıda satışdadır! (FOTO)

Telekommunikasiya Materials 28 Fevral 2012 10:00 (UTC +04:00)
Qol saatları istehsalçısı "Ulysse Nardin" şirkəti texniki inkişafın tələblərinə müvafiq olaraq, habelə öz müştərilərinin tələblərinə qulaq asaraq saatın qurulmasının prinsiplərini təkrarlayan mexaniki rotorlu orijinal "Chairman" smartfonunu hazırlayıb.
Yüksək dizayn və mükəmməl keyfiyyətin vəhdəti olan "Ulysse Nardin" telefonları artıq Bakıda satışdadır! (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Qol saatları istehsalçısı "Ulysse Nardin" şirkəti texniki inkişafın tələblərinə müvafiq olaraq, habelə öz müştərilərinin tələblərinə qulaq asaraq saatın qurulmasının prinsiplərini təkrarlayan mexaniki rotorlu orijinal "Chairman" smartfonunu hazırlayıb.

"Ulysse Nardin" telefonunun elit mənşəyini və nəcibliyini ona ilk baxışdan müəyyən etmək mümkündür. Telefon heç şübhəsiz yüksək keyfiyyəti, eləcə də ən yaxşı İsveçrə saatlarının təmtəraqlı dizaynını və incəliyini irsən alıb.

Nöqsansız xarici görünüşdən savayı, smartfon arxa paneldə yerləşən eksklüziv element olan rotot genaratoru ilə öyünə bilər. O, akkumlyatorun əlavə qidalanma mənbəyidir: rotor fırlanan zaman batareyanı dolduran kinetik enerji yaradır. Avtomatikdoldurma həqiqətən də heç bir digər telefonda təkrarlanmayan unikal funksiyadır.

Bütün "Ulysse Nardin" telefonları məhdud sayda buraxılır: hər bir model 1846 nüsxədə istehsal edilir. Bu rəqəm təsadüfi seçilməyib: məhz 1846-cı il istehsalçı şirkətin əsası qoyulan ildir.

Bütün mallar ancaq yüksək keyfiyyəti ilə fərqlənən bahalı materiallardan hazırıanır. Bu, əsasən karbon lifi və qiymətli metallardır. Telefonun ekranı sapfir şüşə ilə örtülüb. Bu da telefonu mexaniki zədələrdən qoruyur.

Telefonda "Multi Touch" texnologiyasına malik sensorlu JK ekran ilə quraşdırılıb. Smartfon sahibinin barmaq izlərini tanıyan biometrik skaner, 5 mo fotokameria ilə də təchiz edilib.
Bu texniki yenilik həqiqətən də unikal məhsul oldu: hazırda "Ulysse Nardin" şirkətindən başqa, belə telefonları heç bir şirkət buraxmır.

"İtaldizain Groip" şirkəti "Ulysse Nardin" elit saat markasının Azərbaycanda eksklüziv distribüteridir və "Ulysse Nardin Chairman"ı Niyazi küçəsi 5 (tel: 492 76 56) ünvanındakı "Royal Collection" butikində təqdim edir.

Xəbər lenti

Xəbər lenti