...

"Azercell" Avro-2012 boyunca Polşa və Ukrayna ilə daha sərfəli rominq təklif edir

Telekommunikasiya Materials 8 İyun 2012 17:55 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin təqdim etdiyi son yeniliklə Avro-2012 günlərində çempionatı canli izləyən şirkət abunəçiləri daha sərfəli şərtlərlə danışacaqlar.
"Azercell" Avro-2012 boyunca Polşa və Ukrayna ilə daha sərfəli rominq təklif edir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Azercell Telekom" MMC-nin təqdim etdiyi son yeniliklə Avro-2012 günlərində çempionatı canli izləyən şirkət abunəçiləri daha sərfəli şərtlərlə danışacaqlar.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, futbol üzrə Avropa çempionatının başlaması ilə əlaqədar Azərbaycanın lider mobil operatoru Ukrayna və Polşa ərazisində daxil olan zənglərə rominq zamanı endirim elan edir. Bu kampaniya futbol azarkeşlərinə yaxınları ilə bol-bol danışmağa, istədiyi vaxt ünsiyyət yaratmağa imkan verir.

"Azercell Telekom" MMC-nin Fakturalı və Fakturasız xətt abunəçiləri rominq xidməti çərçivəsində Polşa və Ukraynada daxil olan zəngləri 50% endirimlə qəbul edə biləcəklər.

Kampaniya günlərində Polşada olan "Azercell" abunəçiləri daxil olan zəngin hər dəqiqəsini 25 qəpik, Ukraynada isə cəmi 18 qəpik ödəyirlər. Kampaniya zamanı zəngin 1 dəqiqədən az olan hissəsi üzrə hesablanma intervalı 1 saniyə qəbul olunur.

Bu unikal endirim kampaniyası Avro-2012-nin keçiriləcəyi dövr boyunca qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti