...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xidmətləri "Elektron hökumət" portalına inteqrasiya edilib

Telekommunikasiya Materials 11 İyun 2012 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) elektron xidmətləri "Elektron hökumət" portalına (ehdis.az) inteqrasiya edilib. Bu barədə bazar ertəsi Trend-ə QKDK-dən bildiriblər.

Hazırda komitənin portalda yerləşdirilən elektron xidmətlərinin ümumi sayı 11 ədəd təşkil edir. Onlar arasında lotereyaların təşkili və keçirilməsi üzrə qeydiyyat xidmətləri, müraciət kodunun alınması, müraciətin statusu haqqında məlumat, qiymətli kağızların qeydiyyatı xidmətləri, lisenziyaların verilməsi və s. var.

QKDK tərəfindən 2012-2013-cü illər üçün elektron xidmətlərin göstərilməsi üzrə tədbilər planı təsdiqlənib. İşlər Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət müəssisələrində elektron xidmətlərin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına əsasən aparılır.

QKDK tərəfindən göstərilən hər bir elektron xidmət üzrə reqlament Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti