...

Konnekt “Bakutel-2012” sərgisinə yeniliklər və hədiyyələrlə gəlir

Telekommunikasiya Materials 5 Noyabr 2012 11:06 (UTC +04:00)
Noyabrın 6-9-da “Bakı Ekspo” Mərkəzində “Bakutel-2012” sərgisi keçiriləcəkdir. Konnekt Telekommunikasiya sərgisinin dami iştirakçılarından biri olaraq “Bakutel-2012” sərgisində də TV və Genişzolaqlı İnternet xidmətləri sahəsində tətbiq etdiyi son yeniliklərini nümayiş etdirəcək.
Konnekt  “Bakutel-2012” sərgisinə yeniliklər və hədiyyələrlə gəlir

Noyabrın 6-9-da "Bakı Ekspo" Mərkəzində "Bakutel-2012" sərgisi keçiriləcəkdir. Konnekt Telekommunikasiya sərgisinin dami iştirakçılarından biri olaraq "Bakutel-2012" sərgisində də TV və Genişzolaqlı İnternet xidmətləri sahəsində tətbiq etdiyi son yeniliklərini nümayiş etdirəcək.

Sərgidə Konnekt MMC-nin stendi dörd bölmədən ibarət olacaq. İnternet bölməsində sərgi iştirakçıları Fiber-optikanın imkan verdiyi yüksək internet sürətini sınaqdan keçirə biləcəklər. Televiziya bölməsində Rəqəmsal TV, HD TV ilə yanaşı 3D TV nümayişləri də həyata keçiriləcək. Sərginin qonaqları Konnekt-in xidmətlər paketi, korporativ abonentlər üçün təqdim etdiyi xidmətlər və digər xidmətlərlə tanış olacaq. Müştəri Xidməti bölməsində abonentlərə və iştirakçılara müxtəlif xidmətlər göstəriləcək.

Konnekt stendinin şou bölməsində Sizi sual-cavab müsabiqəsi və əyləncəli proqram da gözləyir. Müxtəlif interaktiv oyunlar, müsabiqələr nəticəsində qiymətli hədiyyələr əldə edəcəksiniz. Ümumilikdə, sərgi boyunca Konnekt stendini ziyarət edənləri müxtəlif sürprizlər və hədiyyələr gözləyir.

Noyabrın 6-9-da Sizi Konnekt stendinə dəvət edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti